Slimfit
  1. GÜNDƏM

İsveçdə Qurani - Kərim yandırıldı, iğtişaşlar başladı

İsveçdə Qurani - Kərim yandırıldı, iğtişaşlar başladı
Sakura

Küçələr döyüş meydanına çevrilib

İsveçdə ifrat sağçı qrupun Qurani-Kərimi yandırdığının görüntüləri sosial mediada yayımlandıqdan  sonra İsveç küçələrində iğtişaşlar başlayıb.

  Dünən günortadan sonra İsveçin  Malmö şəhərinin mərkəzi sayılan  Stortorget meydanına toplaşan ifrat sağçı qrup, Danimarkalı siyasətçi Rasmus Paluya dəstək nümayişi təşkil etmək istəyib  İrqçi qrupun nümayişlər zamanı Quranı yandırma və təpikləmə görüntülərini sosial mediada paylaşmasından sonra yüzlərlə müsəlman küçələrə töküldü.  Müsəlmanlar hörmətsizliyə etiraz olaraq yürüş etdilər.  Onların yürüşünə icazə verməyən polislə nümayişçilər arasında qarşıdurma yaşandı.  Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, etirazçılar isə polisə fişəng və daş ataraq cavab verib.  Gecə saatlarında  çox sayda maşınlar yandırılarkən, küçələr döyüş meydanına çevrilib.  Polis 20 nəfəri saxlayıb.  Malmö Regional Polisi Thomas Söderberq açıqlamasında, hadisələr nəticəsində bir çox polis məmurunun yüngül yaralandığını söyləyib. 

Mənbə: haberglobal.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR