Slimfit
  1. DÜNYA

İsveç səhiyyəsinə cavabdeh şəxs: “Əhalinin virusa yoluxub sağalmasına imkan verməliyik”

İsveç səhiyyəsinə cavabdeh şəxs: “Əhalinin virusa yoluxub sağalmasına imkan verməliyik”
Sakura

İsveç səhiyyəsinə cavabdeh şəxs: “Əhalinin virusa yoluxub sağalmasına imkan verməliyik”

İsveç COVID-19 virusu ilə mübarizədə sərt karantin tədbirlərini tətbiq etməyən yeganə Avropa İttifaqı ölkəsidir.

Ölkənin Baş naziri Stefan Lyoveni vətəndaşlara müraciətində koronavirusa yoluxanların sayının artacağına mənəvi olaraq hazır olmağa çağırıb.

“Spiegel Online” xəbər verir ki, hazırda Stokholmda kafe və restoranlar müştərilərlə dolub-daşır.

 

Qonaqlara isə ancaq masalar arasında məsafəni qorumaq haqqında xəbərdarlıq edilir.

Hazırda ölkə ərazisində yalnız tələbələr və yuxarı sinif şagirdləri distant təhsilə keçib. Aşağı sinifdə oxuyan məktəblilər və uşaq bağçaları fəaliyyətlərini əvvəlki qaydada davam etdirir.

Xaricdən ölkə ərazisinə daxil olanlar karantinə götürülmür. Ölkə rəhbərliyi Finlandiya və Norveçdən fərqli olaraq, dağ-xizək mərkəzlərinin fəaliyyətini dayandırmaq haqqında qərar verməyib.

İsveçin Milli Səhiyyə Agentliyinin rəhbəri Anders Teqnell isə bildirib ki, əhalinin bu virusa yoluxub sağalmasına imkan verməliyik.

İsveçdə 3700 şəxs koronavirusa yoluxub. 110 xəstə pandemiyanın qurbanı olub.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR