İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - noyabrın 9-10-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın temperaturunun dağətəyi rayonlarda 16-21°, dağlıq rayonlarda 13-18° isti olacağı proqnozlaşdırılır.
Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 16-21°, dağlıq rayonlarda 15-19° isti olacaq.
Qazax-Gəncə zonasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturunun 17-22° isti olacağı bildirilir.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Havanın maksimal temperaturunun 18-23° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Havanın maksimal temperaturunun 16-21° isti olacağı gözlənilir.
Paytaxtda isə hava əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gündüz 17-21° isti olacağı ehtimalı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət