Dərc edildi: Baxış sayı: 594
İstiliyin verilməsi 1 maya qədər uzadılacaq?
Mənzillərə istiliyin verilməsinin mayın 1-nə qədər uzadılması barədə təklif irəli sürülüb.
Axar.az xəbər verir ki, bu təklifi ictimai şuraların sədrləri bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə keçirilən telekonfransda səsləndiriblər.
Konfransda dövlət qurumlarının nümayəndələri də iştirak edib.
Təklif müvafiq qurumlara təqdim ediləcək.
Qeyd edək ki, qanunvericiliyə görə, bakıda mənzillərə istiliyin verilməsi 15 noyabrda başlayır və 15 apreldə bitir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət