Slimfit
  1. CƏMİYYƏT

İstifadəsi tövsiyə olunmur, amma Şıx çimərliyinə gələnlər var

İstifadəsi tövsiyə olunmur, amma Şıx çimərliyinə gələnlər var
Sakura

İstifadəsi tövsiyə olunmur, amma Şıx çimərliyinə gələnlər var

Havaların isinməsi ilə çimərliklərə üz tutanlar da artır. Lakin bəzi çimərliklər var ki, ordan istifadə tövsiyə olunmur. Belə ərazilərdə hətta xəbərdaredici lövhələr də var. Tövsiyə edilməyən çimərliklərdən istifadə dəmirov və vərəm kimi ağır xəstəliklər yarada bilər. Amma buna baxmayaraq həmin çimərliklərdən istifadə edənlər az deyil.

Xezerxeber.az-ın məlumatına görə, Şıx çimərliyinə gələnlərin əksəriyyəti burdakı mövcud vəziyyətdən xəbərdardırlar. Amma yenə də buradan istifadə edirlər.

Çimərlikdən istifadə edənlər deyir ki, Şıx çimərliyi tarixən insanların ən çox üz tutduğu istirahət yeridir. Elə buna görə də çimərliyin təmizlənməsinə ehtiyac var.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin apardığı analizlərin nəticələrinə görə, Şıx çimərliyi ilə yanaşı, Xəzər rayonu Türkan, Suraxanı rayonu Hövsan, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə istifadəyə yararlıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR