ÜST istidən qorunma üzrə tövsiyələr verib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın bir sıra yerlərində müşahidə olunan qeyri-adi isti hava ilə əlaqədar tövsiyələr verib.
Təşkilat qeyd edir ki, iqlimin dəyişməsinə görə, yüksək hərarətdən bir çox insan əziyyət çəkir və bu tendensiya davam edəcək: "Belə ki, 2000-ci ildən 2016-cı ilədək olan dövr ərzində istiyə məruz qalan insanların sayı 125 milyon artıb. 2003-cü ildə Avropada anomal yüksək temperaturdan 70 min insan həyatını itirib".
İnsanların ölümünün qarşısını almaq üçün, ekspertlər evdə temperaturun gündüz 32-dən, gücə isə 24-dən çox olmamasını tövsiyyə edir. Otaqlarda temperaturu aşağı salmaq üçün nəm dəsmalların alıması tövsiyyə olunur, həmçinin gecələr və səhər tezdən otağın havasını dəyişmək məsləhət görülür: "Yatmaq üçün isə yaşayış yerinin ən sərin yeri seçilməlidir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət