İsti yay günlərində “harada istirahət edim” deyənlər üçün əla məkan - Zaqatala
Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşən Zaqatala rayonu isti yay günlərində “harada istirahət edim” deyə düşünənlər üçün əla məkandır.
Turizm potensialının zənginliyi baxımından Azərbaycanın ən cəlbedici rayonlarından olan Zaqatala əlverişli iqlim şəraiti və əsrarəngiz təbiəti ilə seçilir. Buna görə də həmişə yerli və xarici turistlərin diqqətini özünə cəlb edib.
AZƏRTAC fotoqraf Orxan Hüseynzadənin Zaqatalanın füsunkar məkanlarından – dəniz səviyyəsindən 2200 metr yüksəklikdə dağların qoynunda yerləşən Xalaxi gölündən və Cimcimax kəndindəki Qanslar yamacından çəkdiyi gözoxşayan video və fotoları təqdim edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət