qan orqanizmdə əvvəlki kimi dövr etmir və bədən toxumalarına daha az oksigen verir
İstək nə qədər güclü olursa olsun, istidə soyuq su içmək lazım deyil - bu sağlamlıq üçün müəyyən mənfi nəticələrə səbəb ola bilər.
Ens.az bildirir ki, Freundin (Almaniya) jurnalının səhifələrində mütəxəssislər soyuq su içməyin istidə hansı fəsadlar yarada biləcəyini izah ediblər.
Qan damarlarının sıxılması. Buz kimi soyuq su içəndə qan damarları refleksli şəkildə daralır. Bu o deməkdir ki, qan artıq orqanizmdə əvvəlki kimi dövr etmir və bədən toxumalarına daha az oksigen verir. Onun çatışmazlığı isə, ürək və beyin üçün xüsusilə təhlükəlidir.
Baş ağrısı. Səbəb yenə də daralmış qan damarları və oksigen çatışmazlığıdır - bu gərginlik baş ağrısına çevrilə bilər.
Qan dövranı problemləri. İstidə sərinləmək üçün çox soyuq su içirik, ancaq bizim bədənimiz onu öz temperaturuna qədər qızdırmağa başlayır. Bu çox enerji alır - belə bir gərginlik dövriyyə sisteminin nasazlığına səbəb ola bilər. İsti yığılmağa başlaya bilər ki, qan dövranının pozulmasıyla nəticələnə biləndir..
Qarın ağrısı. İsti havalarda soyuq su içmək, damar spazmının riskini artıran, qan dövranından birbaşa asılı olan həzmə də mənfi təsir göstərə bilər. Həssas mədələri olan insanlar xüsusilə diqqətli olmalıdırlar - onlar üçün belə soyutma cəhdi qarın ağrısı və ishal ilə nəticələnə bilər.
Mənbə: www.med2.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət