Slimfit
  1. MEDİA

İsti havada işçiləri çalışdıran sahibkarı hansı cəzalar gözləyir? — Ekspert rəyi

İsti havada işçiləri çalışdıran sahibkarı hansı cəzalar gözləyir? — Ekspert rəyi
Sakura

İsti havada işçiləri çalışdıran sahibkarı hansı cəzalar gözləyir? — Ekspert rəyi

Yay yenicə başlasa da, bir müddətdir ki, ölkə ərazisində anomal istilər davam edir.

Ölkə.Az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun proqnozlarına görə bu il yay anomal istilər davam edəcək. Verilən proqnozlara görə,  iyul-avqust aylarında  maksimal temperaturunun Bakı və Abşeronda +40-43, bəzi yerlərdə +46 dərəcəyədək qalxacağı gözlənilir. Belə olan şəraitdə insanlar maksimum açıq günəş altında olmaqdan qaçmalı və diqqətli olmalıdırlar. Anomal istilərin olmasına baxmayaraq, bir çox hallarda insanlar buna əhəmiyyət verməyərək açıq günəş altında olur  və nəticədə çoxsaylı günvurma halları qeydə alınır. İnsanların səhətində digər problemlər yaranır. 

Azərbaycanda əmək qanunvericiliyinə uyğun olaraq  havanın temperaturu 41 dərəcəni keçdikdən sonra işçiləırin açıq günəş altında işləməsi qadağan olunur və belə fakt qeydə alınarsa, işəgötürən qanunverciliyə uyğun olara cərimə edilir və barəsində digrə tənbeh halları seçilir.

 Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, havanın temperaturu 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədi ilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

Baxmayaraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti anomal istilərlə bağlı işəgötürənlərə müraciət etsə də, bir sıra hallarda işgəötürənlər qanunverciliyin bu tələbinə əməl etmir və işçiləri açıq günə altında işlədirlər.

Məsələ ilə bağlı Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədova müraciət etdik.

S.Məmmədov “Ölkə.Az”a açıqlamasında  bildirib ki, işəgötürən hava şəraitinin işçinin səhhətinə mənfi təsir etdiyini görürsə, tədbir görməlidir: “Əmək Məcəlləsində bu aydın şəkildə göstərilib ki, həm isti, həm soyuq, həm də küləkli  havada iş rejimi və iş şəraiti ilə bağlı Əmək Məcəlləsində xüsusi qaydalar nəzərdə tutulub. Məcəlləyə görə, temperatur 41 dərəcənin üzərində olduqda iş yerində temperaturu süni surətdə tənzimləmək mümkün deyilsə, ya iş dayandırılmalıdır, ya da əlavə tədbirlər görülməlidir. Elə yerlər var ki, iş açıq havadadır və işi saxlamaq mümkün deyil. Belə olan halda əlavə tədbirlər görülməlidir.

Məsələn, yaxınlıqda kölgələnəcək yerlər qurulmalıdır, sərinləşdirici  içkilər, ayran verilməlidir. Həsir şlyapalar verilməlidir və sair bu kimi tədbirlər görülməlidir. O yerdə ki, işi dayandırmaq mümkündür, orada iş dayanmalıdır. Norma 41 dərəcə qoyulub, ancaq işəgötürən isti havanın işçinin səhhətinə mənfi təsir etdiyini gördüyü anda tədbir görməlidir”.

S. Məmmədov əlavə edib ki, işəgötürən işçiyə bir sosial partnyor olaraq baxmır, bəzi yerlərdə qul kimi baxır:  

“Bax bu ciddi problemdir. Bəzi müəssisə və obyektlərdə, yol tikintisində və sair yerlərdə nəinki iş dayandırılmır, hətta işçilərə sərin su, həsir şlyapa belə verilməyib. İşəgötürənlər xəbərdarlıq gözləməməlidirlər, özləri bu işdə həssas olmalıdırlar. İşi saxlamasalar belə, fasiləli rejim qurmalıdırlar, işçilər növbə ilə kölgəyə çəkilib sərin içkilər, ayran içib dincəlməli sonra digərlərini əvəz etməlidirlər. Ola bilər ki, işçi həmin gün günvurma olmasın, ancaq uzunmüddətli dövr üçün səhhətinə mənfi təsir göstərə bilər. İşçinin özü də hiss etmədən günəş şüalarının mənfi təsirinə məruz qala bilər. O baxımdan işəgötürənlər istənilən halda tədbir görməlidirlər”.

S.Məmmədov hesab edir ki, inzibati yolla da belə halların qarısının alınması bəzi hallarda nəticə vermir:
“Yəni belə halların inzibati yolla qarısının alınması da elə də effektli mexanizm deyil. Burada digər məqam ondan ibarətdir ki, bu sahəyə nəzarət edən dövlət qurumunun elə bir böyük işçi personalı yoxdur. Onlar respublikada və ya iri şəhərlərdə nəzarəti tam həyata keçirə bilsinlər, monitorinqlər keçirsinlər? Bu  məsələnin  həll yolu deyil.

Burada digər məqamlardan biri də ondan ibarətdir ki, bir çox hallarda işəgötürənlər və sahibkarlar Dövlətəmək müfəttişliyinin həyata keçirdiyi monitorinq və verdiyi tövsiyyələrinə əməl etmirlər. Burada ən böyük nəzarətçi işəgötürənin vicdanı olmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR