Dərc edildi: Baxış sayı: 415
İsti hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA
Ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək.
Ens.Az-ın məlumatına görə,bunu Milli.Az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir:
"Bölgələrdə 37-41 dərəcə, Naxçıvan Muxtar Respublikası və aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacaq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət