Slimfit
  1. AVTO VƏ MOTO

İsti hava avtomobil və sahibi üçün nə qədər təhlükəlidir

İsti hava avtomobil və sahibi üçün nə qədər təhlükəlidir
Sakura

İsti hava avtomobil və sahibi üçün nə qədər təhlükəlidir

Bu il yay çox isti olmalıdır. Yüksək temperaturdan təkcə insanlar deyil, avtomobillər də əziyyət çəkir. Bu gün sizə istiliyin avtomobil və sahibi üçün nə qədər təhlükəli olmasından danışacağıq. Ümid edirik ki, bu informasiya sizin üçün faydalı olacaq.

Şüşə və plastik

Avtomobil uzun müddət isti havada olduqda salonda plastik korlana bilər. Heç də təəccüblü deyil ki, tünd rəngli qara salonlu avtomobil gün altında bir neçə saat qaldıqda 70°С-yə qədər və daha çox qıza bilər. Buna görə də isti ölkələrin sakinləri açıq rəngli salon və banı olan avtomobilləri seçirlər və günəşdən qoruyan, şüa əks etdirən ekranları da unutmurlar.

Əgər isti havada sükan arxasına keçirsinizsə, bu zaman kondisioneri dərhal işlətməyin. Temperaturun dərhal düşməsi səbəbindən ön şüşələr partlaya bilər. Belə hallar az deyil.

Qaz alışqanları və aerozol balonları

İstiliyin təsiri nəticəsində salonda olan alışqanlar və aerozol balonları partlaya bilər. Ən yaxşı halda salon korlana bilər, ən pis halda isə yanğın başlaya bilər. Aerozol balonlarındakı “qızdırmaq olmaz” yazısı boş yerə deyil.

Avtomat qələmlər

Bizə elə gəlir ki, salonda unudulmuş adi avtomat qələm heç nə zərər verə bilməz. Onlara o qədər alışmışıq ki, onlara heç fikir vermirik. Amma belə olmaz. Qızmış avtomat qələmdən mürəkkəb axa bilər ki, döşəmə və ya plastiki korlaya bilər.

Smartfonlar və digər qadcetlər

Yayda smartfonları və digər qadcetləri salonda saxlamaq məsləhət görülmür. Əks halda onların batareyaları ilə vidalaşa bilərsiniz. Bu ən yaxşı halda mümkündür, ən pis halda isə alışma mümkündür.

Günəşdən qoruyan kremlər və eynəklər

Əgər günəşdən qoruyan krem olan qab çox qızdıqda partlaya bilər. Bu zaman avtomobilinizin salonunda nələr baş verə biləcəyini təsəvvür edin. Yeri gəlmişkən, kosmetikanı da günəş şüaları altında qoymaq olmaz. Bunu qadınlar əlbəttə ki, bilir.

Daha mənfi nəticələrə avtomobildə isti havada qoyulmuş adi eynəklər səbəb ola bilər. Siz linzaların günəş şüalarını bir nöqtədə fokuslamasını bilirsinizmi? Bu halda yanğın təhlükəsi ola bilər.

Dərmanlar

Tibbi preparatları isti yerdə saxlamaq olmaz. Əks halda onlar yararsız olacaq. İlk yardım dəsti baqajda olmalıdır.

Məhsullar və içkilər

Bir çox qida məhsulları isti havada qısa zamanda korlana bilər. Bu, xüsusilə ət və süd məhsullarına aiddir. Xüsusilə südlü içkilər də bu məhsullara aiddir. Buna görə də məhsullar və içkiləri salonda isti havada uzun müddət qoymaq olmaz.

Sağlamlıq və əhval

İstilik insanın təkcə fiziki vəziyyətinə deyil, həmçinin əhvalı və psixioloji vəziyyətinə təsir göstərir. Alimlər sübut ediblər ki, insan həddindən artıq günəş altında qaldıqda daha əsəbi və aqressiv olur.

Əgər siz yayda avtomobili parketmədə saxlayırsınızsa, onda onun üçün kölgə tapmağa çalışın. Günəşdən qoruyan ekranları da unutmayın. Əlbəttə ki, salonda əlavə heç nə saxlamaq olmaz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR