Slimfit
  1. CƏMİYYƏT

İstehlak bazarında mənşəyi məlum olmayan çaylar satılır

İstehlak bazarında mənşəyi məlum olmayan çaylar satılır
Sakura

İstehlak bazarında mənşəyi məlum olmayan çaylar satılır

Bakıda bazarlarda mənşəyi məlum olmayan çaylar satılır.

Məhsulun üzərində nə istehsal edildiyi müəssisənin adı, nə də son istifadə tarixi qeyd olunub. Ancaq buna baxmayaraq təbii Lənkəran və Astara çayı adı altında müştərilərə satılır.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt bazarlarında bəzi satıcılar adi çayı təbii çay adı ilə satırlar. Bir kiloqramının qiyməti isə digər çayların qiymətindən kifayət qədər baha -15-100 manat arasında dəyişir.

Satıcıların sözlərinə görə, bu çayları Lənkəran və Astarada istehsal müəssisələrindən gətirib satırlar.

Satıcılar bildirir ki, bu çayları istehsal müəssisələrindən alır, özləri qablaşdırıb satırlar.

Burada bir sual ortaya çıxır: satıcının özünün qablaşdıraraq satdığı çay təbii Lənkəran və Astara çayı ola bilərmi?

Alıcılar da bu cür çayların keyfiyyətinə şübhə ilə yanaşırlar.

Qida mühəndisi İsa Əliyev deyir ki, istənilən qida məhsulunun üzərində məhsulun tərkibi, son istifadə tarixi və istehsal edildiyi müəssisənin adı qeyd olunmalıdır. Əgər bunlar yoxdursa, deməli həmin məhsuldan istifadə insan oraqanizmi üçün təhlükə yarada bilər.

Odur ki, təbii Astara və Lənkaran adı ilə çay alarkən onun qiymətinin yüksək olmasına aldanmayın. Ümumiyyətlə, üzərində məhsulun tərkibi, son istifadə tarixi və istehsal edildiyi müəssisənin adı olmayan çayları almayın.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR