Dərc edildi: Baxış sayı: 452
İstanbulda qeydə alınan temperatur may ayı üzrə 69 illik rekordu yeniləyib
Mayın 28-də İstanbulda 35.4 dərəcə isti qeydə alınıb. May ayı üçün qeyri-adi olan bu hava şəraiti şəhərin 69 illik istilik rekordunu yeniləyib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Meteoroloji Baş İdarəsinin verdiyi məlumata görə, son 70 il ərzində şəhərdə may ayı üzrə ən isti hava 1950-ci il mayın 27-də 34,5 dərəcə olaraq qeydə alınıb.
İsti hava şəraitinin daha çox təsir göstərdiyi şəhərin Asiya qitəsinə aid hissəsində vətəndaşlar dəniz kənarına axın ediblər. Hidrometeoroloqların proqnozlarına görə, mayın son günləri şəhərdə istilik 28-30 dərəcə arasında dəyişəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət