Dərc edildi: Baxış sayı: 693
İstanbulda keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlandı
Dünən Türkiyənin İstanbul şəhərində baş tutan bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.
“Anadolu” agentliyinin yaydığı məlumata görə, bu barədə Ali Seçki Qurumunun sədri Sadi Güvən açıqlama verib.
Onun sözlərinə görə, ümumilikdə 31 186 sandıqdan 31 102-si açılıb.
“84 sandıq etiraz səbəbindən araşdırılmaya yönləndirilib. Hazırkı nəticələrə görə, Cümhuriyyət Xalq Partiyasından olan namizəd Ekrem İmamoğlu 4 milyon 159 min 650, Ədalət və İnkişaf Partiyasından namizəd Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs toplayıb”, - S.Güvən bildirib.
Samir İsayev
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət