Dərc edildi: Baxış sayı: 571
İstanbulda güclü zəlzələ oldu məscidin minarəsi uçdu
Türkiyənin İstanbul şəhərində 5.9 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ 20 saniyə müddətində davam edib. İstanbul müxbirimiz Murad Ersin Agüloğlunun verdiyi məlumata görə İstanbulda bu gün baş verən zəlzələdə Avcılar məhəlləsində məscidin minarəsi uçmuşdur. Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətləri və internet şəbəkələrində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət