Dərc edildi: Baxış sayı: 682
İstanbulda güclü zəlzələ oldu
İstanbul şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
BAKU.WS "Posta"ya istinadən xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Yerli vaxtla 13:59-da qeydə alınan zəlzələnin episentri İstanbulun mərkəzindən 67 km uzaqda, Silivri sahilində yerin 12 km dərinliyində yerləşib.
Yeraltı təkan İstanbula yaxın rayonlardan da hiss edilib.
Dağıntı və itkilərin olması barədə hələlik məlumat yoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət