İstanbulda beynəlxalq kitab sərgisində 200-dən çox nəşriyyat və poliqrafiya şirkəti təmsil olunur
Türkiyənin İstanbul şəhərində ərəbdilli kitablardan ibarət beynəlxalq kitab sərgisi açılıb.
Anadolu agentliyinin məlumatına görə, Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan sərgi “Yeni bir dünya kəşf et” adı altında keçirilir.
Sərgidə Misir, İordaniya, Suriya, Livan, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Sudan, Mərakeş, İngiltərə, İtaliya, İran və İraqdan olmaqla 200-dən çox nəşriyyat və poliqrafiya şirkəti təmsil olunur.
Dördüncü dəfə təşkil olunan sərgidə bir sıra görüşlər keçiriləcək, qarışlıqlı əməkdaşlıq əlaqələri qurulacaq, poliqrafiya və nəşriyyat müəssisələrinin maraq dairəsində olan məsələlər müzakirə olunacaq.
Sərgi sentyabrın 9-dək ziyarətçilər üçün açıq qalacaq.
Mənbə: AZƏRTAC
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət