İstanbul Super Kubokdan qazanacaq
Bu gün Türkiyənin İstanbul şəhərində 44-cü UEFA Super Kuboku matçı keçiriləcək.
Oxu.Az xəbər verir ki, ötən mövsüm Madriddə UEFA Çempionlar Liqasının qalibi olmuş “Liverpul”la Bakıda UEFA Avropa Liqası kubokunu başı üzərinə qaldırmış “Çelsi” qitənin ən güclüsü adına aydınlıq gətirməyə çalışacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşə maraq böyükdür. Oyunun keçiriləcəyi “Vodafone Arena”ya təxminən 40 min tamaşaçının gələcəyi gözlənilir.
Oyuna ən ucuz bilet 50 avrodur. Təbii ki, ən ucuz biletlər olduğu üçün qapı arxası tribunaların sahibləri artıq bəllidir. Daha mərkəzi tribunaların qiyməti isə 150 avroyadır.
Bu matçın İstanbulun iqtisadiyyarına təxminən 100 milyon avro xeyir verəcəyi gözlənilir. Çünki Böyük Britaniyanın Mançester və London şəhərlərindən kifayət qədər ingilis azarkeşlər gəlməyə başlayıb.
İngilislər arasında 2-3 günlük turlarla da gələnlər var. Finalı izləmək üçün 50 mindən çox ingilisin gəlməsi İstanbul iaşə obyektləri və hotelləri üçün xeyli qazanc gətirəcək.
Axşam isə təxminən yerli vaxtla saat 18:00-dan etibarən Türkiyə polisinin üzərinə böyük yük düşəcək. Çünki ingilis fanatların şəhərin mərkəzində dalaşmaq ehtimalı nəzərə alınıb. Amma hələlik dünəndən bəri türk polisi müşahidə etməklə məşğuldur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət