İstanbul fatehi Sultan II Mehmetin vəfatından 538 il keçir
İyirmi bir yaşında olarkən – 1453-cü il mayın 29-da İstanbulu fəth edərək tarixə düşən Fatih Sultan Mehmedin vəfatından 538 il ötür.
AZƏRTAC xəbər verir ki, Sultan ll Muradın oğlu olan ll Mehmed 1432-ci il martın 30-da Türkiyənin Ədirnə şəhərində doğulub. 1444-1446-cı və 1451-1481-ci illərdə Osmanlı imperatoru olan Fatih Sultan Mehmet 1481-ci il mayın 3-də - 49 yaşında vəfat edib.
Sultan II Mehmet Fateh 1453-cü ildə 21 yaşında olarkən uzun illər aparılan mübarizəyə baxmayaraq, fəth edilə bilməyən İstanbulu ələ keçirib. İstanbulun fəthindən sonra şəhərin qarət olunmasına icazə verməyən Sultan II Mehmet Fateh yerli əhalinin təhlükəsizliyini təmin edərək onların etimadını qazanıb.
Hakimiyyəti dövründə 25 hərbi səfərə şəxsən komandanlıq edən Fatih Sultan Mehmet taxta çıxdığı gün təhvil aldığı Osmanlı dövlətinin ərazisini 880 min kvadrat kilometrdən 2 milyon 214 min kvadratkilometrədək genişləndirib.
Zəngin elmi bilikləri ilə də tanınan sultan ərəb, fars, latın, italyan, balkan dillərini mükəmməl bilib. Bundan əlavə, dövrünün ən böyük alimlərindən dərs alan Sultan riyaziyyat, coğrafiya, fizika elmlərinə dərindən bələd olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət