Slimfit
  1. İDMAN

İstanbul derbisində “Başakşəhər” “Fənərbağça”nı məğlub edib

İstanbul derbisində “Başakşəhər” “Fənərbağça”nı məğlub edib
Sakura

İstanbul derbisində “Başakşəhər” “Fənərbağça”nı məğlub edib

Futbol üzrə Türkiyə Superliqasının XXV turunda İstanbul derbisi baş tutub. Lider “Başakşəhər” doğma meydanda “Fənərbağça”nı qəbul edib. Bu komandaların əvvəlki görüşlərində 6 dəfə “Fənərbağça”, 5 dəfə “Başakşəhər” qalib gəlib. Komandaların 4 görüşündə isə qalib müəyyənləşməyib.

AZƏRTAC xəbər verir ki, “Fateh Terim” stadionunda baş tutan görüşün 19-cu dəqiqəsində “Başakşəhər”in braziliyalı hücumçusu Robinyo hesabı açıb. Birinci hissə elə bu hesabla bitib.

Lakin qonaqların cavab qolu çox da gecikməyib. Roberto Soldado 73-cü dəqiqədə hesabı bərabərləşdirib. Meydan sahibləri isə 83-cü dəqiqədə Stefano Nappolioninin qolu ilə qələbə qazanıblar. Beləliklə “Fənərbağça” səfərdə “Başakşəhər”ə 1:2 hesabı ilə məğlub olub.

Bu qələbədən sonra “Başakşəhər” turnir cədvəlində 57 xalla lider mövqeyini möhkəmlədib. “Fənərbağça” isə 28 xalla 14-cü pillədə qərarlaşıb.

Günün digər maraqlı oyunu “Trabzonspor” və “Akhisarspor” arasında baş tutub. Bu oyunda meydan sahibləri Antoni Nvakaeme və Xose Sosanın qolları sayəsində qələbə qazanıb. Qonaqların yeganə qolunu Jeremi Bokila vurub.

“Ankaragücü” – “Bursaspor” oyununda isə hesab açılmayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR