Slimfit
  1. AZƏRBAYCAN

İstanbul-Bakı-İstanbul reysləri niyə ləğv edildi?

İstanbul-Bakı-İstanbul reysləri niyə ləğv edildi?
Sakura

İstanbul-Bakı-İstanbul reysləri niyə ləğv edildi?

Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib. SİA-nın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan xəbər verilib.

Bildirilib ki, “Türk Hava Yolları” (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da “TK 1132” saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub. Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Türk Hava Yolları” aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan “TK 1133” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.

Həmçinin THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də “TK 340” saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də “TK 341” saylı uçuşu da ləğv olunub.

İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR