Slimfit
  1. MARAQLI

İşsiz irlandiyalı pul əskinaslarından ev tikdi

İşsiz irlandiyalı pul əskinaslarından ev tikdi
Sakura

İşsiz irlandiyalı pul əskinaslarından ev tikdi

İrlandiyadan olan işsiz rəssam Frenk Bakli Dublin şəhərində özünə ev tikib. Ev rəssama 1,4 milyard avroya başa gəlib. Bəs təvəzökar rəssam bu pulları haradan əldə edib? Hər şey çox sadədir – pulları İrlandiya Mərkəzi Bankı ona verib. Eyni zamanda, Frenk bunun üçün uzunmüddətli kreditə girməli olmayıb, pullar ona asanlıqla verilib. Axı bu əskinaslar “zərərsizləşdirilməyə” göndərilirdi. 

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu evi tikmək fikri rəssamda təsadüfən yaranıb, o, parçalanmış pul əskinaslarından istifadə etməklə rəsm çəkirdi. Frenk bu rəsm üçün materialları yerli Qəpik sarayından götürüb. Buradakı pullar o qədər xırda hissələrə parçalanıb ki, onların heç bir ödəmə qabiliyyəti olmayıb. Burada o fikirləşdi ki, bu materialdan rəsm çəkməklə yanaşı ev tikmək üçün də istifadə edilə bilər. O, heç nəyə dəyməyən pullardan özünə ev tikmək qərarına gəlib. Frenk Bakli İrlandiya Mərkəzi Bankına icazə üçün müraciət edib. Bank rəssamın orijinal ideyasını yüksək qiymətləndirib və ona xüsusi icazə sənədi təqdim edilib. Frenk buradakı əskinaslardan ölçüsü 5-15 santimetr olan kərpiclər hazırlama başladı. 

Tikintidə 5, 10, 20, 100 və 200 avroluq köhnə əskinaslardan istifadə edilib. Ümumilikdə isə, tikintidə 1,4 milyard avro pul lazım olub. Hər kərpicə 50 min avroya yaxın pul sərf edilib. Yeni tikilmiş ev yataq, qonaq və hamam otaqlarından ibarətdir. Evdə nəinki divarlar, hətta döşəmə də pul əskinaslarından hazırlanıb. 

Frenk Bakli bildirib ki, ev çox istidir, hətta qış aylarında burada yorğansız yatmaq olar. O deyib ki, gələcəkdə evdə mətbəx və geniş zal düzəltmək niyyətindədir. Əlbəttə ki, bunlar üçün də material kimi pul əskinaslarından istifadə ediləcək. Frenk Bakli tikdiyi evi “Dəlilik” abidəsi adlandırır. İş burasındadır ki, onun evi Dublinin mərkəzində yerləşir. Bir neçə il əvvəl burada çoxsaylı ofislər tikilib və böhran səbəbindən hazırda orada boşluqdur. İnsanlar tikintiyə milyardlar xərcləsə də, indi heçnəsiz qalıblar. “Mən heç nədən nəsə faydalı işlər görmək istədim”, - Frenk zarafatla deyib. 

Yeri gəlmişkən, evini orijinal materialdan tikən təkcə Frenk deyil. Bu cür şəxslər dünyada az deyil. Məsələn Çexiyadan olan Miroslav Svoboda Cənubi Moraviyada öz evini şərab butulkalarından hazırlayıb. O, evin tikintisində 180 min ədəd butulkadan istifadə edib. Ona yerli şərab zavodlarından biri də bu işdə yardım edib. Qeyri-adi ev nəinki sahibini sevindirir, həmçinin turistlərin diqqətini cəlb edir.

Samir İsayev

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR