Slimfit
  1. SİYASƏT

İsraillə möhkəm dostluq əlaqələrimiz var - Hacıyev

İsraillə möhkəm dostluq əlaqələrimiz var - Hacıyev
Sakura

İsraillə möhkəm dostluq əlaqələrimiz var - Hacıyev

Azərbaycan və İsraili möhkəm dostluq əlaqələri, strateji tərəfdaşlıq birləşdirir. Hazırda iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "124 Nyus" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı yeni səviyyəyə qaldırıb:

“Əməkdaşlığın inkişafı üçün ikitərəfli əlaqələr, yüksək səviyyəli səfərlər çox vacibdir. İsrailin hazırkı Baş naziri və Prezidenti, eləcə də ölkənin bir sıra nazirləri Azərbaycanda səfərdə olub. Bununla yanaşı, Azərbaycan Nazirlər Kabinetinin nümayəndələri, yüksək vəzifəli şəxslər mütəmadi olaraq İsrailə səfər edirlər. İki ölkə hökumətləri arasında münasibətlərin belə dinamikası və yüksək səviyyəli rəsmi səfərlər Azərbaycan ilə İsrail arasında əməkdaşlığın mühüm tərkib hissəsidir”.

Müsahibə zamanı Azərbaycan Prezidentinin köməkçisi İsrail Dövlətinin Müstəqillik Günündə Prezident İsxak Hersoqun Azərbaycana səfərini xatırladıb:

"Biz bunu yüksək qiymətləndiririk" - H.Hacıyev vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR