Slimfit
  1. DÜNYA

İsrailin Qəzzaya yardım girişini məhdudlaşdırmasına AB-dən reaksiya

İsrailin Qəzzaya yardım girişini məhdudlaşdırmasına AB-dən reaksiya
Sakura

İsrailin Qəzzaya yardım girişini məhdudlaşdırmasına AB-dən reaksiya

Avropa İttifaqı (Aİ) İsrailin Qəzzaya humanitar yardımın daxil olmasına məhdudiyyət qoymasını pisləyib.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki,Avropa İttifaqının Xarici Siyasət üzrə nümayəndəsi Josep Borrell bu gün verdiyi açıqlamada İsrailin mühasirədə olan bölgədəki mülki insanlara qarşı son hücumunu xatırladıb və bunun "ədalətsiz" olduğunu bildirib.

İsrail qüvvələrinin cümə axşamı Qəzzada humanitar yardım gözləyən fələstinlilərə atəş açması ən azı 112 fələstinlinin ölümünə, 760 nəfərin yaralanmasına səbəb olub.

Borell: "Hadisələrin və cinayətkarların açıq şəkildə ortaya çıxmasını təmin edəcək, bu faciəli hadisə ilə bağlı tərəfsiz beynəlxalq araşdırma tələb edirik",- deyi. O qeyd edib ki, İsraili beynəlxalq hüquqa əməl etməyə və mülki əhaliyə humanitar yardımın paylanmasını qaydalarını qorumağa çağırır.

Borell bildirib ki, münaqişənin səngimədən davam etdirilməsi və beynəlxalq humanitar hüquqa məhəl qoyulmaması “total xaosa” gətirib çıxaracaq və humanitar yardımın paylanmasını qeyri-mümkün edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR