İsrailin itkiləri artdı
Qəzza zolağında gedən döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) daha 3 hərbçisi həlak olub.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
“Qəzzanın mərkəzində gedən döyüşlərdə 33 yaşlı baş serjant Maor Lavi, anklavın şimalında gedən döyüşlərdə 26 yaşlı mayor Şai Şamriz və 26 yaşlı kapitan Şaul Qrinqlik həlak olub. Daha 5 əsgər ağır yaralanaraq İsrail xəstəxanalarına aparılıb”, - nəşrin məlumatında bildirilir.
Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrailin Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına qarşı quru əməliyyatına başladığı gündən həlak olan hərbçilərin sayı 161-ə çatıb. Yeni eskalasiya başlayandan bəri İsrail hərbçiləri arasında itkilərin ümumi sayı isə 495 olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət