Dərc edildi: Baxış sayı: 415
İsrailin bu addımı hüquqa ziddir
Bir dövlətin digərinin ərazisinə istənilən hərbi zərbəsi beynəlxalq hüquqa ziddir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr komitəsinin sədri Konstantin Kosaçev İsrailin Suriyaya aviazərbələr endirməsi məsələsini şərh edərkən deyib.
“Güman ki, aviazərbənin gücü və onun nəticələri ilə bağlı hərbi ekspert rəy verməlidir. Lakin özünümüdafiə və BMT TŞ-nin sanksiyalar çərçivəsini çıxmaq şərtilə, hüquq nöqteyi-nəzərindən bir dövlətin digərinə hücumu beynəlxalq norma və prinsiplərə ziddir”, - deyə Kosaçev bildirib.
Qeyd edək ki, az öncə Suriya ordusunun Həma səmasında İsrailə məxsus 5 raketi məhv etdiyi barədə məlumat yayılmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət