Slimfit
  1. DÜNYA

İsrailin Baş naziri rekorda imza atdı

İsrailin Baş naziri rekorda imza atdı
Sakura

İsrailin Baş naziri rekorda imza atdı

Binyamin Netanyahu ilk hökumət başçısı və yəhudi dövlətinin əsasını qoyan David Ben-Hurionu ötərək, İsrailin Baş naziri postunda qalmaq üzrə  rekord vurub.

“RİA Novosti”nin məlumatına əsasən, belə bir qənaətə “İsrailin demokratiya institutu” analitik mərkəzinin ekspertləri gəliblər.

Ekspertlərin hesablamalarına əsasən, Netanyahu 20 iyul da daxil olmaqla, kabinetə 4876 gün rəhbərlik edib.

“2019-cu il iyulun 20-si  Binyamin Netanyahu bütün İsrail baş nazirləri arasında vəzifə başında olmağının sayı üzrə rekord vurub. Beləliklə də, o, 4875 gün və ya 13 il yarım Baş nazir postunda olan David Ben-Hurionu üstələmiş olub”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Netanyahu İsrail hökumətinə arasıkəsilmədən 2009-cu ilin martın 31-dən rəhbərlik edir. O, Baş nazir postunda ilk dəfə isə 1996-1999-cu illər arasında olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR