Slimfit
  1. DÜNYA

İsrailə cavab verməkdə təmkinli olmalıyıq - Həmədani

İsrailə cavab verməkdə təmkinli olmalıyıq - Həmədani
Sakura

İsrailə cavab verməkdə təmkinli olmalıyıq - Həmədani

İsrailə cavab vermək məsələsində tələsməməliyik.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu İranın rəhbəri Əli Xameneinin Əlburz əyalətindəki nümayəndəsi, Kərəc şəhərinin cümə imamı Məhəmməd Mehdi Hüseyni Həmədani deyib.

Xameneinin nümayəndəsi İsrailə cavab verməməyi İranın “strateji səbri” adlandırıb:

“Dəməşqdə 7 SEPAH üzvünün öldürülməsinə veriləcək cavabın öz vaxtı var. Tələsik reaksiya zərərli olacaq. İsrailə cavab məsələsində ölkə rəhbərliyinə təzyiq göstərənlər düşmənlərə xidmət edir. Düşmən qüvvələr İranı münaqişəyə təhrik edirlər”.

Qeyd edək ki, cümə imamlarının həftəlik çıxışlarının əsas mövzusu Əli Xameneinin ofisi tərəfindən müəyyən edilir. Bu səbəbdən onların çıxışı həm də İran rəhbərinin mövqeyini əks etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR