Dərc edildi: Baxış sayı: 833
İsrailə buna görə hücum edilib - Blinken AÇIQLADI
HƏMAS-ın hücumunda məqsəd İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaqdır.
Ens.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Blinken vurğulayıb ki, HƏMAS, Hizbullah və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır.
Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət