İsraildən qardaş açıqlaması: Bakının düşməninə bir güllə də...
İsrail Ermənistanın onunla münasibətlərini düzəltmək istəməsinə hazırdır, amma bir şeyi anlayın ki, İsrail Azərbaycanın düşməninə bir güllə ilə belə kömək etməyəcək.
Axar.az xəbər verir ki, bunu “Stmegi.com” saytına açıqlamasında İsrail Müdafiə nazirinin keçmiş müavini Efraim Sne deyib.
“İsrail Azərbaycan əleyhinə istifadə oluna biləcək hər hansı bir şeyi Ermənistana tədarük edə bilməz. Bizim mövqeyimiz budur. Əminəm ki, hökumətimizdə heç kim o qədər də axmaq deyil ki, bunu anlamasın. İsrail hətta Azərbaycanın düşməninə milliqram da olsun, kömək etməyəcək. Biz müttəfiqik, biz qardaşıq”, – deyə o bildirib.
Jurnalistin “İsrail hansı müasir silahları Azərbaycana təklif edəcək” sualına Sne Təl-Əvivin belə məsələləri müzakirəyə çıxaracaq qədər axmaq olmadığı cavabını verib:
“Mən silahlardan yox, yalnız ikitərəfli münasibətlərdən danışa bilərəm. Mən ikitərəfli münasibətləri yaxşı kimi dəyərləndirirəm, amma bu münasibətlər daha da yaxşılaşmalıdır. Biz gərək dostluğumuzu və əməkdaşlığımızı mədəniyyət və elm sahəsində də genişləndirək, yalnız müdafiə sferası ilə məhdudlaşmamalıyıq.
Siz bilirsiniz ki, Azərbaycanı hər il çoxlu sayda İsraildən olan turist ziyarət edir. İsrail turistləri Azərbaycanı ziyarət edərkən, Azərbaycanın irs və mədəniyyətinin nə qədər zəngin olduğunu görürlər. Mən universitetlər arasında akademik mübadilə proqramlarının reallaşdırılmasını təklif edirəm. Təkliflər çoxdur. Biz Azərbaycanla dostluğu qiymətləndiririk. O, bizə çox lazımdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət