Slimfit
  1. MƏDƏNİYYƏT

İsraildə azərbaycanlı rejissorların filminin təqdimatı olub

İsraildə azərbaycanlı rejissorların filminin təqdimatı olub
Sakura

İsraildə azərbaycanlı rejissorların filminin təqdimatı olub

İsraildə keçirilən “Near Nazareth İnternational” film festıvalı çərçivəsində Rüfət Əsədov və Vüsal Nazimoğlunun rejissoru olduqları “Peyğəmbər İereminin göz yaşları” sənədli filminin təqdimat mərasimi olub. SİA-nın məlumatıına görə, mərasimdə film festivalının direktoru Liliya Berman, İsrail-Azərbaycan Beynəlxalq Azİz Assosiasiyasının rəhbərliyi, həmçinin digər rəsmi şəxslər iştirak edib.

“Picmus Production” (Azərbaycan) və “İsrail-Azərbaycan Assosiasiyası”nın (İsrail) birgə istehsalı olan filmin çəkilişləri Azərbaycanda, İsraildə, ABŞ-da və Almaniyada aparılıb.

Film Azərbaycan ərazisində doğulmuş, hazırda isə dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin həyatından bəhs edir.

Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan filmin nümayişindən sonra son dərəcə həssaslıqla lentə alınmış ekran işinin rejissorları və yaradıcı heyəti müvafiq mükafatlarla təltif ediliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR