İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşmasının təfərrüatları bəlli olub
İsrail və HƏMAS Qətər və Misirin vasitəçiliyi ilə məhbus mübadiləsi barədə razılığa gəlib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Təl-Əviv rəhbərliyi dünən axşam baş nazir Binyamin Netanyahunun rəhbərliyi ilə keçirilən və təxminən 6 saat davam edən kabinet iclasından sonra verdiyi yazılı açıqlamada məhbus mübadiləsi razılaşmasını qəbul etdiyini açıqlayıb.
Məhbus müqaviləsinin təsdiq edildiyi kabinet iclası da sərt müzakirələrə şahidlik edib. İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və onun partiyasından olan iki nazir razılaşmaya “yox” səsi verib.
Nazirlər Kabinetinin iclasından sonra Baş Nazirlik Mətbuat İdarəsindən verilən yazılı açıqlamada İsrailin HƏMAS ilə əsir mübadiləsi razılaşmasını və hərbi əməliyyatlarda 4 günlük humanitar fasiləni qəbul etdiyi açıqlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət