Slimfit
  1. TEXNOLOGİYA

İsrail şirkəti “WhatsApp” istifadəçilərini güdüb - “Facebook”un ittihamı

İsrail şirkəti “WhatsApp” istifadəçilərini güdüb - “Facebook”un ittihamı
Sakura

İsrail şirkəti “WhatsApp” istifadəçilərini güdüb - “Facebook”un ittihamı

“Facebook” İsrail şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

TASS xəbər verir ki, “NSO Group” şirkəti “WhatsApp” istifadəçilərini qanunsuz izləməkdə ittiham olunur.

Kaliforniya məhkəməsinə verilən iddiada bildirilir ki, İsrail şirkəti “WhatsApp”ın ABŞ-da və digər ölkələrdə serverlərindən istifadə edərək istifadəçilərə ziyanverici proqram təminatı yollayıb. Bu proqram təminatı gizli izləmə həyata keçirmək üçün vasitədir. Bununla da qanunsuz olaraq istifadəçilərin yerdəyişməsi, zəngləri və mesajları izlənib.

Bu ilin may ayında “Facebook” və ona məxsus “WhatsApp” İsrail şirkətinin qanunsuz fəaliyyətinin izinə düşüb və onun qarşısını alıb. Lakin “NSO Group”un fəaliyyəti zamanı 1400 nəfərə yaxın insanın zərər çəkdiyi bildirilir.

“NSO Group” Bəhreyn, BƏƏ, Meksika və digər ölkələrdən sifarişlər alaraq bəzi məmurları, jurnalistləri, hüquq müdafiəçilərini, vəkilləri güdüb və təqib edib.

İddiaçılar şirkətin fəaliyyətinə xitam verilməsini və vurulan ziyanın ödənilməsini tələb edirlər.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR