İsrail qırıcıları Hizbullahın hərbi obyektlərinə hücum etdi
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları partlayıcı yüklü pilotsuz uçuş aparatının (PUA) İsrail ərazisinə doğru atılmasına cavab olaraq Livanın şiə Hizbullah hərəkatının hərbi obyektlərinə zərbələr endirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Bu axşam partlayıcı yüklü PUA Livan ərazisindən İsrailin şimalına uçub və Beyt Hillel bölgəsinə düşüb”, - deyə məlumatda bildirilir.
“Bir müddət əvvəl İsrail qırıcıları döyüşçüləri Livanın cənubundakı Mərvahin, Aita əş-Şab və Rab əl-Talatin bölgələrində Hizbullahın iki atış məntəqəsinə və terrorçuların hədəflərinə zərbələr endiriblər", - ordunun mətbuat xidməti əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət