Dərc edildi: Baxış sayı: 290
İsrail ordusu “İslami Cihad”ın üzvlərini zərərsizləşdirib
İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin şəhərində Fələstinin “İslami Cihad” təşkilatının bir neçə silahlısını zərərsizləşdiriblər.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bBu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Silahlılar İsrail aviasiyasının zərbəsi nəticəsində öldürülüb. Öldürülənlər arasında “İslami Cihad”ın iki yüksək rütbəli silahlısı var.
Onlardan biri Əhməd Barakat 2023-cü ilin martında Hermeş qəsəbəsində terror aktı törədib, nəticədə bir israilli həlak olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət