Slimfit
  1. DÜNYA

İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirir - "Əl-Cəzirə"

İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirir - "Əl-Cəzirə"
Sakura

İsrail ordusu İordan çayının qərb sahilində reydlər keçirir - "Əl-Cəzirə"

"İsrail ordusunun bölmələri İordan çayının qərb sahilində bir neçə məntəqədə reydlər keçirir".

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanalın verdiyi məlumata görə, xüsusi əməliyyatlar Nablusun cənubunda yerləşən Qalkilya şəhərində, Beytləhmin cənubunda yerləşən yaşayış məntəqəsində, həmçinin Hebron əyalətinin bir neçə yaşayış məntəqəsində aparılır. Bundan əlavə, hərbçilər Qüdsün şimalında yerləşən Qalandiya keçid məntəqəsinə basqın ediblər.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, eləcə də insanları əsir və girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya aldığını elan edib, həmçinin Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb.

İordan çayının qərb sahilində də toqquşmalar davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR