Dərc edildi: Baxış sayı: 259
İsrail ordusu HƏMAS-ın daha bir rəhbər şəxsini məhv edib
İsrail ordusu HƏMAS-ın rəhbər şəxslərindən biri olan Camal Mussanı məhv edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, o, qruplaşmanın xüsusi təhlükəsizlik əməliyyatlarına cavabdeh şəxs olub.
Məlumatda həmçinin HƏMAS-ın daha bir neçə hərbçisinin öldürüldüyü vurğulanıb.
Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini söyləyib və ölkəsinin qələbə qazanacağını vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət