Dərc edildi: Baxış sayı: 429
İsrail ordusu HƏMAS-ın daha bir komandirini öldürüb
İsrail ordusu HƏMAS-ın komandirlərindən olan Əhməd Siami öldürüb.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
O, qruplaşmanın Naser Radvan qolunun komandiri idi.
Xatırladaq ki, bu il oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl bildirib ki, HƏMAS məhv olanadək müharibə davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət