Dərc edildi: Baxış sayı: 225
İsrail İrana "məhdud sayda" zərbələr endirib
İsrail 13 aprel hücumuna cavab olaraq İrana "məhdud sayda" zərbələr endirib.
Ens.az Trend -ə istinadən xəbər verir ki,bu barədə "Fox News" televiziya kanalı mənbəyə istinadən bildirib.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.
Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət