Dərc edildi: Baxış sayı: 338
İsrail hərbçiləri Xan Yunisin şərqindəki Abasan qəsəbəsini bombalayıb
İsrail hərbçiləri Qəzzanın cənubunda yerləşən Xan Yunis bölgəsinin şərqindəki Abasan qəsəbəsində bir evi bombalayıb.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var. Lakin onların sayı hələ dəqiqləşdirilməyib.
Qeyd edək ki, bu gün İsrail Müdafiə Ordusu Xan Yunisin cənub məhəllələrində qalan əhalinin müvəqqəti olaraq Əl-Mavasidəki humanitar bölgəyə təxliyə olunması ilə bağlı çağırış edib. Bildirilib ki, terror fəaliyyəti və Xan Yunisin cənub bölgəsindən İsrailə raket atışlarının davam etməsi səbəbilə bu ərazidə qalmaq təhlükəlidir və mülki əhali evakuasiya edilməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət