Dərc edildi: Baxış sayı: 273
İsrail HƏMAS-ın ən böyük tunelini tapdı
Qəzza zolağının şimalında, İsraillə sərhəddə Erez sərhəd-keçid məntəqəsi yaxınlığında HƏMAS qruplaşmasının ən böyük hücum tunelini aşkarlanıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir.
Bildirilib ki, təxminən 4 kilometr uzunluğunda olan tunel bəzi ərazilərdə yerin təxminən 50 metrə qədər dərinliyinə uzanır və avtomobillərin keçməsi üçün kifayət qədər genişdir.
O da qeyd edilir ki, İsrail ordusunun elit bölmələri tunelin yerini müəyyən etmək üçün kəşfiyyat və texnoloji imkanlardan istifadə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət