Dərc edildi: Baxış sayı: 520
İsrail heç bir obyektimizi vurmayıb - İran
İsrail ordusunun hücumu nəticəsində Suriyadakı İran obyektlərinə ziyan dəyməyib.
Axar.az xəbər verir ki, bunu İran Siyasi Məşvərət Şurasının katibi, SEPAH-ın eks-komandanı Möhsün Rezayi deyib.
“Bu məlumat yalandır və həqiqəti əks etdirmir. ABŞ və İsrail İranın müxtəlif obyektlərinə zərbə vuracaq qədər gücə malik deyil. Bizim qüvvələrimiz zərər görməyib”, - Rezayi İLNA agentliyinə açıqlamasında deyib.
Qeyd edək ki, dünən gecə saatlarında İsrail aviasiyası Dəməşqdə bir sıra obyektlərə zərbələr endirmişdi.
İsrail ordu rəhbərliyi zərbələrin İran ordusunun Dəməşqdəki obyektlərinə endirildiyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət