Dərc edildi: Baxış sayı: 807
İsrail diplomatından sensasiyalı bəyanat - "PKK/YPG-yə dəstək verəcəyik"
Lazım olduğu təqdirdə PKK/YPG-yə silah tədarük edəcəyik.
Yenicag.az xəbər verir ki, bu sözləri üst səviyyə İsrail diplomatı bildirib.
“Suriyada vətəndaş müharibəsi və İŞİD təhlükəsi zamanı kürtlərdən dəstək almışdıq. Onlarla təhlükəsizlik məsələləri barədə razılaşmamız var” – deyə, diplomat qeyd edib.
ABŞ-ın bölgədə PKK/YPG-ni tək qoymasını iddia edən diplomat, bunun düzgün addım olmadığını bildirib.
Diplomat eyni zamanda Türkiyə ordusuna qarşı hərbi əməliyyatlar edilməyəcəyini, sadəcə PKK/YPG-yə silah və digər dəstək veriləcəyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət