Slimfit
  1. DÜNYA

İsrail Colana atılan raketin “Hizbullah”ın arsenalına aid olduğunu açıqlayıb

İsrail Colana atılan raketin “Hizbullah”ın arsenalına aid olduğunu açıqlayıb
Sakura

İsrail Colana atılan raketin “Hizbullah”ın arsenalına aid olduğunu açıqlayıb

İsrail hərbçiləri Colanda duruzların yaşadığı Məcdəl Şəms kəndinə hücumun “Hizbullah” hərəkatının arsenalından İrana məxsus “Fələq-1” raketi ilə həyata keçirildiyini güman edir.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə İsrailin Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari deyib.

“Fələq-1 raketi futbol meydançasına düşüb. Bu, İran istehsalı olan raketdir, döyüş başlığı 50 kq-dan çox partlayıcı daşıya bilir”, - deyə o, açıqlaması zamanı deyib.

Qeyd edək ki, İsrail hökuməti hücum səbəbilə Livan və “Hizbullah”ı günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.

Öz növbəsində isə “Hizbullah” hadisə ilə əlaqəsini inkar edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR