Slimfit
  1. DÜNYA

İsrail bu ölkələrə tənəffüs aparatı satmaqdan imtina etdi

İsrail bu ölkələrə tənəffüs aparatı satmaqdan imtina etdi
Sakura

İsrail bu ölkələrə tənəffüs aparatı satmaqdan imtina etdi

İsrail Böyük Britaniya və İspaniyaya tənəffüs aparatı satmaqdan imtina edib.

Bu barədə ölkənin yerli televiziya kanalı olan “Kanal 13” məlumat verib.

Böyük Britaniya və İspaniyada koronavirusun yayılmasına görə tənəffüs aparatlarına böyük tələbat yaranıb.

Britaniyanın Xarici İşlər naziri Dominik Raab bununla bağlı keçən həftə İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefonla danışaraq, onlara güzəşt edilməsini istəyib. Ancaq onun bu istəyinin yerinə yetirilmədiyi bildirilir.

Bu, İsrailin tənəffüs aparatlarının ixracını qadağan etməsi ilə əlaqələndirilir.

Qadağadan öncə İspaniya da İsraildən 30 tənəffüs aparatı almaq istəyib. Ancaq bu ölkə də rədd cavabı alıb. 

İsrailin Baş Nazirliyi və Xarici İşlər Nazirliyi xəbəri təsdiqləsələr də, şərh etməyiblər.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR