İsrail alimləri koronavirusa qarşı peyvənd hazırladılar
İsrailli alimlər yeni tip koronavirusa (COVID-2019) qarşı peyvənd hazırlayıblar.
Unikal.org xəbər verir ki, bu barədə İsraildə nəşr olunan Haaretz qəzeti məlumat yayıb. Xəbərdə bildirilir ki, yaxın günlərdə İsrail mərkəzi bir araşdırma mərkəzinin yeni bir növ koronavirusun müalicəsi üçün bir peyvənd hazırladığını elan edəcək.
Hazırda İsrailin Ness Ziona şəhərində Bioloji Tədqiqatlar İnstitutunun tədqiqatçıları COVID-2019-a qarşı peyvənd hazırlamaq üçün çalışırlar.
İsrail Səhiyyə Nazirliyinin adları açıqlanmayan rəsmilərinə əsaslanan xəbərdə mütəxəssislərin virusun bioloji mexanizmini anlamaqda "əhəmiyyətli bir irəliləyiş" etdiklərini və bir neçə gün ərzində virusa qarşı peyvəndin adını açıqlayacaqlarını iddia ediblər.
Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyi, ölkədə yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayının 97 nəfərə çatdığını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət