Slimfit
  1. AZƏRBAYCAN

İsrafil ağa Musa ağa oğlu Acalov

İsrafil ağa Musa ağa oğlu Acalov
Sakura

Erməni generallarının başını kəsən Borçalı bəyi

Israfil bəy Acalov Borçalı türk bəyi olub. Borçalı türklərinin həyatında ciddi rol oynayan İsrafil bəy 1905-1906-cı illər arası Tiflisdə və Borçalının bir çox yerində baş vermiş erməni-türk toqquşmalarında İsrafil bəy öz şəxsi hesabına Osmanlıdan və Çar Rusiyasından çoxlu silah-sursat gətizdirərək azğınlaşmış ermənilərə böyük divanlar tutur.

Bundan sonra İsrafil bəy doğma kəndi Ağalıqda silah anbarı tikdirərək oranı daima dolu saxlayır, ehtiyatı əldən vermirdi. Həmin dövrlər Azərbaycanda türklər hərbi xidmətə çağrılmasalar da, Borçalıda İsrafil ağanın uzaqgörən siyasəti nəticəsində gənc Borçalılar Çar Hökümətinin ordu sıralarında qulluq edirdilər.

Çar höküməti yanında böyük nüfuza malik olan İsrafil bəy xüsusi bəylərbəyi statusu alaraq Zaqafqaziya seyminin (məclisinin) ilk Borçalılı müsəlman türk üzvü seçilməklə yanaşı, özəl kareta və cangüdənlərlə təçhiz olunur. Başına daima qarapapaq qoyub belində gümüşü qılınc gəzdirən İsrafil bəy bu cangüdənlərdən imtina edir.

1917 ci ildə Bolnisidə məskunlaşan almanların azğınlaşıb yerli türklərə saldırdığını eşidən İsrafil bəy 100 nəfərlik dəstə ilə bura gələrək azğınlaşmış almanları darmadağın edir.

1918-ci ilin əvvəllərindən başlayaraq ermənilər Azərbaycanın müxtəlif yerlərində, Bakıda, Şamaxıda, Qarabağda, Gəncədə, Qubada və s. şəhərlərində yerli xalqa qarşı qətliam törətməyə başlayırlar.

İsrafil ağa əmisi oğlu Emin ağa ilə birlikdə Azərbaycana köməyə gedən Osmanlı Paşası Nuru Paşanı Ərdahanda qarşılayaraq doğma kəndi Kəpənəkçiyə gətirirlər. Nuru Paşa İsrafil bəyə çoxlu silah sursat və 200 tüfəng verdikdən sonra Borçalı bəyləri onu Qazaxa qədər müşayət edirlər.

Müxtəlif yerlərdə Türklərə qarşı kütləvi qətliamlar törədən Andronik və general Nazarbekyan 800 erməni daşnak silahlısı ilə gizlincə Azərbaycandan Ermənistana, oradan isə Borçalıda yerləşən ən böyük erməni yaşayış məntəqəsi olan Xaçına gəlirlər.

Məqsəd bu strateji nöqtədən Borçalının kəndlərinə hücum etmək və əliyalın türk müsəlman əhalisini qırmaq idi. General Nazarbekyan “İntilligentnıy Palaç” adlandırdığı İsrafil bəydən 1905-06-ci il olaylarına görə intiqam almaq istəyirdi.

Ermənilərin bu gizli məkirli planından çoxdan xəbər tutan İsrafil bəy öz tədbirini çoxdan görmüşdü. İsrafil ağa ilk öncə Xaçın baş keşişin və onların başbilənləri ilə görüşüb qan tökülməsinə qarşı olduğunu bildirərək onlardan Androniklə Nazarbekyanın yerini soruşur, ermənilər isə onlara bu haqda məlumatlarının olmadığını bildirirlər.

Erməni silahlı dəstəsinin izinə düşən İsrafil bəy onları Borçalının ən böyük kəndi olan Kəpənəkçinin girişində yaxalayaraq güllə-baran edir. Bu döyüşdə Andronik öz 3-5 adamı ilə qaçıb canını qurtarsa da 800 erməni quldur dəstəsi məhv edilir. İsrafil ağa özü şəxsən general Nazarbekyanın başını qılıncla kəsir.

 

Müəllif: Hikmət

Mənbə: Hərbi Analiz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR