Dərc edildi: Baxış sayı: 456
İspaniyalı futbolçu Azərbaycan klubunun təklifini qəbul etməyib
İspaniyalı futbolçu Yon Aurteneçe Azərbaycan klubunun təklifini qəbul etməyib.
“Report” “El Correo” nəşrinə istinadən xəbər verir ki, ölkəsində Sequnda “B” (III Divizion) təmsilçisi “Amorebyeta”nın formasını geyinən 26 yaşlı müdafiəçi Azərbaycanın adı açıqlanmayan klubu ilə yanaşı, Belçikadan aldığı dəvəti də geri çevirib.
O, seçimini Avstraliyanın I liqasında çıxış edən “Adelaide Comets”dən yana edib.
Qeyd edək ki, mərkəz və sol cinah müdafiəçisi kimi oynaya bilən Yon Aurteneçe yetirməsi olduğu Bilbao “Atletik”i ilə yanaşı, vətənində “Selta”, “Tenerife” və “Mirandes”, eləcə də Şotandiyanın “Dandi” klublarında çıxış edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət