Alimlər müəyyən ediblər ki, ahıl insanlar üçün səciyyəvi olan qoxu artıq 30 yaşdan sonra yaranmağa başlayır
Alimlər müəyyən ediblər ki, ahıl insanlar üçün səciyyəvi olan qoxu artıq 30 yaşdan sonra yaranmağa başlayır.
AZƏRTAC xəbər verir ki, İspaniyanın Ali Elmi Tədqiqatlar Şurasından alınmış məlumata görə, orqanizmin qocalması ilə əlaqədar hormonal dəyişikliklər və dəridəki lipidlərin çoxalması nəticəsində lipid təbəqəsinə xas olan piy turşuları təbii yolla oksidləşdikdə əmələ gələn molekulların sayı artır.
Ali Elmi Tədqiqatlar Şurasının üzvü olan bir kimyaçının başçılıq etdiyi “Prima-Derm” qrupu ahıl adamlara xas olan qoxunu “deaktivasiya edən” ətir yaradıb. Bu ətirin tərkibindəki xüsusi maddələr 2-nonenal molekulunun ətrafında xüsusi kapsul yaradır.
Tədqiqatçılar onu da qeyd edirlər ki, insan yaşa dolduqca onun iybilmə funksiyası zəiflədiyinə görə ahıl insanlar özləri bu qoxunu hiss etmirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət