Dərc edildi: Baxış sayı: 847
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
İspaniya hökuməti COVID-19 pandemiyasından ölənlərin xatirəsinə ehtiram əlaməti olaraq may ayının 27-dən etibarən 10 günlük matəm elan edib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Maria Xesus Montero məlumat verib.
Onun sözlərinə görə, həmin müddət ərzində ölkə boyu ictimai binalar, habelə gəmilər üzərində bayraqlar yarıyadək qaldırılacaq.
Xatırladaq ki, koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələrdən olan İspaniyada 235 400 təsdiqlənmiş yoluxma hadisəsi (4-cü yer) qeydə alınıb və 26 834 nəfər koronavirusdan ölüb (4-cü yer).
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət